“Vilyarreal”ın yarımmüdafiəçisi Samuel Çukvueze la liqada mövsümün bir dəfəlik dayandırlıb komandaların tutduğu yerə görə statusunun müəyyənləşməsi ideyasına qarşı çıxıb.
Nigeriyalı futbolçu bu variantı ədalətsiz adlandırıb: “Hamı oynamaq istəyir. Məncə, mövsüm bərpa olunacaq. İndiki məqamda “Barselona”nı çempion elan etmək haqsızlıq olardı. Çünki “Real” liderdən yalnız 2 xal geridə qalır”.
Xatırladaq ki, 27 turdan sonra “Barselona” 58 xalla 1-ci, “Real” isə 56 xalla 2-ci pillədə qərarlaşıb.